"Real" "Liverpul"un ulduzu ilə danışıqlara başladı

"Real" "Liverpul"un ulduzu ilə danışıqlara başladı"Real" "Liverpul"un ulduzu Məhəmməd Salahı heyətinə qatmağa çalışır.

Ictimaixeber.com xəbər verir ki, bu barədə "Canal+" kanalının jurnalisti Filipp Karayon məlumat yayıb.

"Real" və Salah arasında ilkin danışıqlar baş tutub", - deyə Karayon qeyd edib.

Onun sözlərinə görə, Eden Hazard və Məhəmməd Salah baş məşqçi Zinədin Zidanın prioritet hədəfləridilər.

Salah 2018/19 mövsümündə Premyer Liqada 22 dəfə rəqib qapılarına yol tapmışdı.