Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş açıq turnir keçirildi- FOTO

İctimaixəbər.com xəbər verir ki, bu gün Sumqayıt Paraolimpiya İdman kompleksi Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş çox mübarizəli idman döyüş növləri üzrə açıq turnir keçirildi.
Yarış Azərbaycanın Dövlət Himninin səslənməsi ilə açıq elan olundu. Rəsmi hissədən sonra bədii hissə başladı. Bədii hissədə tanınmnış müğənnilər Aynur Qüdrətova və Təranə Nurlu öz mahnı töhfələri ilə idmançıları təbrik etdilər.
Turnirdə bir sıra rəsmi qonaqlar, iş adamları və çempionlar qonaq qismində iştirak edirdilər: Masib Vəliyev-İctimai nəzarət palatasının Sumqayıt şəhəri üzrə fəal üzvü, Şafət Məmmədov-“Akkord” kooperasiyasının insan resuslarının idarə edilməsi üzrə baş mütəxəsisi, Əmirli İlham- MMA üzrə 3 qat Dünya çempionu, Məmmədov Tofiq- Paraolimpia ikincisi, 2 qat Dünya çempionu, Yeganə Temanqızı- “İctimaixeber.com” sayıtının xüsusi müxbiri.
“Akkord” kooperasiyasının insan resuslarının idarə edilməsi üzrə baş mütəxəsisi Şafət Məmmədov “İctimaixeber.com” sayıtına verdiyi müsahibəsində bildirdi:
-Yeganə xanım belə yarışların keçirilməsi böyüməkdə olan və yeniyetmə nəslin təlim-tərbiyəsində çox böyük rol oynayır. Uşaqlarda idman tərbiyəsi, əsasəndə sağlam nəsil formalaşır. Burada hər yaş qrupunda idmançılarımızı görürük və burada gələcəyin Avropa, Olimpia, Avropa çempionları yetişir. Bu il Sumqayıt şəhərinin 70 illiyi tamam olur. Ulu Öndərin sözləri ilə desək “Sumqayıt kiçik bir Azərbaycandır”…bəli bu gün Sumqayıt şəhərində gedən quruculuq abadlıq işlərə mənə bu sözləri deməyə əsas verir. Sumqayıt günü-gündən gözəlləşir. Sumqayıt respublikada həm idmanda, həm təhsildə deyərdim ki hər hər bir sahədə bir addım öndədir və bu şəhərin gəncləri hər bir sahədə aktivdilər. Bu yarışın təşkilatçısı 10 dəfə Dünya, 5 dəfə Avropa, 12 dəfə Respublika cempionu olan Sərhəd Quliyevə öz dərin təşəkkürümü bildirirəm.
Yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Sumqayıt şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan çox mübarizəli idman döyüş növləri Federasiyasının Sumqayıt şəhər və şimal region nümayəndiliyinin prezidenti Sərhəd Quliyevin rəhbərliyi ilə təşkil olunmuşdur. Yarışın baş hakimi Nazim Məlikov, 18 hakim ( 15 yan hakim, 3 orta hakim) yarışı idarə edirdi. Yarışın təşkilatçıları Sərhəd Quliyev, Cahid Quliyev idilər. Çox mübarizəli idman döyüş növləri üzrə açıq turnirdə kəmər üzrə və həvəskar yarışda ümumilikdə 300 idmançı iştirak edirdi. Respublikanın bütün bölgələrindən və eləcə də İran İslam Respublikasından qatılmış idmançılar 6-40 yaş arası, 30 çəki dərəcəsi üzrə idi.
Turnirdə I, II və III yerləri tutmuş idmançılar diplom və medallarla mükafatlandırıldılar.
Yarışın informasiya dəstəyi “İctimaixəbər.com” informasiya portalına məxsus idi.

Yeganə Telmanqızı
“İctimaixəbər.com”