XI Avropa çempionatında Azərbaycan karateçiləri medal sayına görə birinci yerə çıxdılar-FOTO

Şəhid Mətləb Sədiyev adına idman klubunun nəticələri- 2 qızıl, 2 gümüş, 1 bürünc.

İctimaixəbər.com xəbər verir ki, noyabr ayının 1,2,3 Makidonyanın Skopya şəhərində Karate Do Şotakan növü üzrə XI Avropa çempionatı keçirildi. Bu yarışa Azərbaycanın 100-ə yaxın karateçiləri qatılmışdır və yüksək nəticələrlə Vətənə döndülər.
Xatırladaq ki, yarışa 10 ölkədən çox, 1000 -dən çox idmançı iştirak edirdi. Medal sayına görə ilk üçlükdə Azərbaycan 1-ci, Rumınya 2- ci, Türkiyə 3- cü yerə çıxmışdılar.
Şəhid Mətləb Sədiyev adına Sumqaylt şəhər idman klubunun nəticələri ürək açandır. Klubun idmançıları 5 medalla Vətənə dönüblər. Xatırladaq ki, yarışa Sumqayıt şəhər Gənclər və İdman İdarəsi nümayəndəsi, idman klubunun Vitse prezidenti Rüfət Mahmudzadə idmançılara dəstək olmuşdur.
Bəşir Mahmudovun və Rüfət Mahmudzadə idmançı tələbələrinin uğurları: 16-17 yaş qrupunda +76 kq çəki dərəcəsində Rza Rzazadə, 16-17 yaş qrupunda -68 kq çəki dərəcəsində Nicat Əsədov - I yer, 16-17 yaş qrupunda -76 kq çəki dərəcəsində Əsəd İmanov, 14-15 yaş qrupunda -47 kq çəki dərəcəsində qızlar arasında Nəzrin Həbibova - II yer, 14-15 yaş qrupunda -57 kq çəki dərəcəsində Ülvi Quliyev -III yerə sahib oldular. Hər üç yer uğrunda mübarizə aparan idmançılarımız gözəl döyüş nümayiş etdirdilər.
Şəhid Mətləb Sədiyev adına idman klubunun məşqiçi müəllimi Bəşir Mahmudovun “İctimaixeber.com” sayıtına verdiyi müsahibəsində bildirdi:
-Yeganə xanım belə yarışların keçirilməsi böyüməkdə olan və yeniyetmə nəslin təlim-tərbiyəsində, sağlamlığında çox böyük rol oynayır. Uşaqlarda idman tərbiyəsi, əsasəndə sağlam nəsil formalaşır. Yarış yüksək səviyyədə təşkil olunmuşdur. Yarışda iştirak edən klubumuzun udmançıları gərgin məşqlər keçərək yarlşda əla nəticələr əldə etdilər. Bu gün nəticələtimiz ürək açandlr. Mən bizə hər zaman dəstək olan və bizlə çiyin-çiyinə çalışan, bizə hər zaman dəstək olan Karetinin Dünya VSF növü üzrə vitse prezidenti Yaşar Bəşirova, Karetinin Dünya VSF növü üzrə Azərbaycanda nümayəndəsi və prezidenti Arif Məmmədova Sumqayıt şəhər Gənclər və İdman idarəsinin nümayəndəsi Rüfət Mahmudzadəyə və Gənclər və İdman idarəsinin rəhbəri Elgün Hümbətova öz dərin təşəkkürümü bildirirəm. Rüfət Mahmudzadə yarışda Sumqayıt idmançılarına böyük dəstək oldu. Onuda qeyd edim ki, klubumuzun prezidenti Mahir Məhərrəmovunda yarışın hazırlıqlarında böyük rolu olmuşdur. Zəhməti kecən hər bir kəsə öz təşəkkürümü bildirirəm.
Bizdə “İctimaixəbər.com” informasiya portalına olaraq çempion olan Azərbaycan karateçilərini, məşqıçı Bəşir Mahmudovu, Rüfət Mahmudzadə və onun uğurlu idmançılarını təbrik edirik və onlara bol-bol qalibiyyət arzulayırıq.

Yeganə Telmanqızı
“İctimaixəbər.com”