Ən böyük arzum Olimpia çempionu olmaqdır- FOTO

11 yaşlı Avropa ikincisi və üçüncüsü Aydın Süleymanov.

“Balaça çempionlar” lahiyəmizlə 1 nömrəli Sumqayıt şəhər İOEUGİŞM- nin taekvando zalının qonağı oldum. Dəfələrlə Azərbaycan, Respublika, Beynəlxalq, şəhər yarışlarının və 2 dəfə Avropa çemponatlarının qalibi balaca çempionumuzu sizdə tanıyın:
Aydın Vüqar oğlu Süleymanov 17 may 2008-ci ildə Bakı şəhərində anadan olmuşdur. 5 yaşından ilk dəfə idmanla məşğul olamağa başlayan Aydın artıq idmana olan həvəsini gələcək üçün həm də özünün peşəsi hesab edir. İlk dəfə 2013-ci ildə Abşeron rayonunda Rafiq Məmmədov müəllimin rəhbərliyi altında taekvando idman növündə məşqlərə başlayır. Sonra Sumqayıt şəhərində Rəşad Məmmədovun yanında məşqlərə davam edir. Sumqayıt şəhər 27 saylı tam orta məktəbin 6 A sinifinin şagirdidi. Aydının uğurları saysız-hesabsızdır. Bir qismi ilə sizləri tanış edirik:
2013-cü ilin uğurları: “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş taekvando üzrə Abşeron rayon açıq birinçiliyində 2-ci yer,
2015-ci ilin uğurları: Ulu Öndər H.Əliyevin anadan olmasının 92-ci il dönümünə həsr olunmuş taekvan-do üzrə keçirilən uşaq və yeniyetmələr arasında UGİM-nin açıq birinciliyində yüksək texnika nümayış etdirdiyinə görə Fəxri fərmanla təltif olunmuşdur. Taekvando üzrə Rusiya idman klubları arasında keçirilən turnirdə 26 kq çəki dərəcəsində 3- cü yer,
2017-ci ilin uğurları: Şəhid Zaur Axundovun xatirəsinə həsr olunmuş taekvando üzrə xatirə turnirində 27 kq çəki dərəcəsində 2- ci yer, ATF-nın dəstəyi ilə EM-TK-nin təşkil etdiyi klublararası liqa döyüşlərində 30 kq çəki dərəcəsində 2- ci yer, “Masallı” taekvando klubunun təşəbbüsü ilə “Müstəqillik günü”nə həsr olunmuş taekvando üzrə yoldaşlıq görüşlərində 27 kq cəki dərəcəsində 1- ci yer, ATF-nın dəstəyi ilə EM-TK-nin təşkil etdiyi klublararası liqa döyüşlərinin sezon finalında 33 kq çəki dərəcəsində 3- cü yer
2018-ci ilin uğurları: ATF-nın dəstəyi ilə EM-TK-nin təşkil etdiyi klublararası liqa döyüşlərində 30 kq çəki dərəcəsində 2- ci yer, şəhid Zaur Axundovun xatirəsinə həsr olunmuş taekvando üzrə yoldaşlıq görüşlərində 30 kq çəki dərəcəsində 3- cü yer
2019-cı ilin uğurları: 2 dəfə ATF-nın dəstəyi ilə EM-TK-nin təşkil etdiyi klublararası liqa döyüşlərində 33 kq çəki dərəcəsində 1-ci yer, 3 dəfə Sumqayıt şəhərinin 70 illik yubleyinə həsr edilmiş taekvando üzrə 2008-2009-cu il təvəllüdlü oğlanlar arsında şəhər birinciliyində 33 kq çəki dərəcəsində 1-ci yer, VII Avropa Open klub çempionatında 33 kq çəki dərəcəsində 3-cü yer, Open Avropa uşaqlar arası çempionatında 32 kq çəki dərəcəsində 2- ci yer. Təhsil nazirliyinin və Təhsil rim təşkilatçılığı ilə 2019-cu il yüksək nətiçə göstərən idmançılar müxtəlif təltiflərlə təltif olunmuşdur. Onlardan biri də Aydın Süleymanovdur.
“Respublikanın Əmakdar məşqiçisi”, İdman ustası, Təhsil RİNİ-nin taekvando bölməsi üzrə baş məşqiçi, Aydın Süleymanovun şəxsi məşqiçisi Aydın haqqında öz fikirlərini söylədi:
-Aydın nizam-intizamlı, özünə qarşı çox məsuliyyətli olan idmançı şagirdlərimdən biridir. Bildiyijniz kimi 2019-cı ildə 2 dəfə Avropa çempionatlarında iştirak edərək Avropa ikincisi və üçüncüsü oldu. Bu təkcə bizim uğurumuz deyil, bu həmdə ATF-nin eləcədə bütün Azərbaycanın və idman sevənlərin uğurudur. Əlbətddə Aydının uğurları çoxdur və gələcəyin seçilən idmançılarından biri olacaq və dünya, Avropa, Olimpia oyunlarında Azərbaycan idmanını təmsil edəcək. Bu yolda ona bol-bol qalibiyyətlər arzulayıram.
Aydın bizimlə maraqlı həmsöhbət oldu:
-Mənim özümdən böyük bir dostum taekvando idman növü ilə məşğul idi və get-gedə böyük nailliyyətlər qazanırdı. Ona baxıb məndə həvəsləndim və taekvandoyla məşğul olamağa qərar verdim. Yeni məşqlərə başlayanda yarışlarda yer tuta bilirdim amma inanırdım ki tezliklə böyük uğurlar məni gözləyir və yarışlardan-yarışlara nailliyyət qazandıqca sevinirdim. Rəqiblə tatamidə görüşəndə öncə onu özündən zəif bilməmək lazımdır və ən əsasıda həmən zaman özünə güvənməlisən. Nailliyyətlərim məni daha da güclü məşq etməyimə məçbur edir. Avropa çempionatında birinci raund ukraynalı, ikinci raund estonyalı, üçüncü raund ukraynalı, dördüncü raund belarus idmançını udaraq Avropa ikincisi oldum. Avropa çempionatında yunan idmançısına qalib gələrək Avropa üçüncüsü oldum. İdmanla məşğul olan uşaqlara arzum budur ki, onlarda ən böyük qələbələr qazansınlar və həvəsdən düşməsinlər. Ən böyük arzum Olimpia çempionu olmaqdır.
Bəli bu gün kiçik yaşlı idmançımızın böyük nəticələri var. Bizdə “İctimaixeber.com” informasiya portalı olaraq, kiçik çempion Aydın Süleymanova bol-bol qalibiyyətlər arzulayırıq. İnşallah ən böyük arzun Olimpia çempionu olmaqdır, sənə arzuna doğru uğurlar arzulayırıq. Hər zaman Azərbaycanın qürurverici bayrağını dalğalandırıb, milli himnini səsləndirsin.

Yeganə Telmanqızı
“İctimaixəbər.com”

Ən böyük arzum Olimpia çempionu olmaqdır- FOTO
Ən böyük arzum Olimpia çempionu olmaqdır- FOTO
Ən böyük arzum Olimpia çempionu olmaqdır- FOTO
Ən böyük arzum Olimpia çempionu olmaqdır- FOTO
Ən böyük arzum Olimpia çempionu olmaqdır- FOTO