“SURİ” Sumqayıt karate klubunun idmançıları- FOTO/VIDEO

Karate-Do özünə və digərlərinə qarşı hörmətlə yanaşma deməkdir.

“Böyüməkdə olan nəslin və yeniyetmələrin asudə vaxtlarının necə keçirilməsi” adlı lahiyəmizlə Sumqayıt şəhəri Paralimpiya idman kompleksində, Sumqayıt şəhər 43 saylı tam orta məktəbdə, 6 mkr-da fəaliyyət göstərən “SURİ” karate klublarının qonağı oldum.
Klubun Prezidenti və məşqiçi müəllim Mehman Əlirzayevi sizdə tanıyın:
Mehman İlyas oğlu Əlirzayev 12 avqust 1980-cı ildə Sumqayıt şəhərində sadə və zəhmətkeş bir ailədə dünyaya gəlmişdir. 1985-ci ildə karate məşqlərinə başlayır. İlk müəllimi qardaşı Hüseyn Əlirzayev olmuşdur. 1986-cı ildə Sumqayıt şəhər 20 saylı tam orta məktəbin birinci sinifinə daxil olmuşdur. Həmin illərdədə karate məşqlərini davam etdirir, həmçiin 2 il cüdoyla və 7 aya yaxın boksla məşğul olur. 1990- cı ildə ərəb məşqiçisi Dumar Kaşto kata növünün və karate bazasının təməlini qoyur, karatenin sirlərini dərindən öyrədir. 1991-ci ildə ağ kəmərə, 1992-ci ildə sarı kəmərə və beləliklə hər il kəmər səviyyəsini artırır 1997-ci ildə qara kəmər alır, elə həmin ildə Sumqayıt şəhər 20 saylı tam orta məktəbi bitirir. Ə. Əliyev adına Sumqayıt Tibb Kollecinin əczaçılıq ixtisasına daxil olur. Bir il təhsil aldıqdan sonra 1998-ci ildə həqiqi hərbi xidmətə gedir Gəncə şəhər N saylı hərbi hissədə qulluq edir. 2000-ci ildə xidmətin başa vuraraq Sumqayıt şəhərinə qayıdır sevimli idman növü ilə məşqlərə başlayır və bu günə qədər məşqiçi müəllim kimi fəaliyyət göstərir. İlk müəlimllik fəaliyyətini Xızı rayonu Altıağac qəsəbəsindən başlayır. Sonra Sumqayıt şəhəri tam orta məktəbin nəzdində fəaliyyət göstərən idman zallarında məşqıçı müəllimi kimi fəaliyyətini davam etdirir. 2010- cı ildən bu gunə qədər Sumqayıt şəhəri Paralimpiya idman kompleksində çalışır. Bununla yanaşı Binəqədi rayonunda, Stansiya Sumqayıtda yerləşən 43 saylı tam orta məktəbin idman zalında, Sumqayıt şəhər 6 mkr-da fəaliyyət göstərən idman zalların birində məşqlər keçir. “SURİ” karate klubunun, rəhbəridir. Milli Karate Federasiyasının Sumqayıt şəhəri SKF beynəlxalq şotekan bölməsinin rəhbəridir, 2000-ci ilin avqust ayından ailəlidir 5 övladı var: İlyas, Zeynəb, Ayşə, Rüqəyyə, Əli. Övladları hər biri idmanda nailliyyətlər qazanıb. Beləki, İlyas, Zeynəb, Ayşə katedlər üzrə Dünya, Avropa çempionlarıdır. Zeynəb karate yığma komandasında məşq edir və yığma komandasının bir nömrəli üzvüdür. Yetişdirdiyi idmançı tələbələrdən: Əlirzayeva Ayşə Avropa birincisi, dünya çempionatının ikincisi, Ağayev Firidun Avropa üçüncüsüdür, Məmmədli Rəsul Avropa çempionatının gümüş mükafatçısıdır, Əlirzayeva Zeynəb Dünya və Avropa çempionatının qızıl mükafatçısıdır, Davud Tarverdiyev Avropa çempionatının qızıl mükafatçısıdır, Əlirzayev İlyas Dünya və Avropa çempionudur, Əliyeva Aysu Avropa çempionatının birincisidir. Beynəlxalq turnirlərin qaliblərindən Dadaşov Kamal, Ağayev Firidun, Fidan Əliyeva və s. “SURİ” karate idman klubunun idmançı şagirdlərinin uğurları bununla bitmir. 2015-ci ildə Gürcustanın Tbilisi şəhərində keçirilən dünya çempionatında yer qazanıb. Gürcustanın Batumi, Poti şəhərlərində keçirilən açıq birinciliklərdə, 2016- cı ildə Avropa çempionatında 4 qızıl, 3 gümüş, 8 bürünc medal, 2017-ci ildə İran islam Respublikasının Kirmanşah şəhərində keçirilən Open beynəlxalq yarışda, Türkiyənin İstanbul şəhərində keçirilən dünya çempionatlarında kifayət qədər mükafatçıları və qalibləri olmuşdur. Milli dərəcəli hakimdir. 4-cü Dan qara kəmər sahibi, 3-cü Dan Beynəlxalq dərəcəli qara kəmər ustasıdır. Gürcustanda və Rusiyada vilayətinin mərkəzi şəhərlərindən biri olan Astarxanda keçirilən vetranlar arasında yarışın qalibi olmuşdur. “SURİ” karate klubu 1997-ci ildə yaradılıb, Mehman Əlirzayev 2010-ci ildə bu klubun rəhbəridir.
Mehman müəllim karate idman növünün texniki qaydalarını belə izah etdi: Karate-do yapon əlbəyaxa döyüş sənətidi. Karate sözü üç yerə bölünür: Kara-boş, te-əl, do-yol deməkdir. Karatenin vətəni Yaponiyanın Okinava adasıdır. 1929-cu ildə cu ildə Funakosi Gitin tərəfindən yaradılmışdır. Karatedə dərəcəni kəmərlər təmsil edir. Bunlar ağ, sarı, narıncı, yaşıl, göy, qəhvəyi (3 dərəcədə verilir) və qaradır. Dərəcələr ''Kyu" adlanır.Qara kəmərdə isə alınan dərəcələr dan adlanır. 1-ci dan,2-ci dan və s. 10 kyu və 10 dan dərəcəsi vardır. Qara kəmər sahibləri Dünya, Avropa və Olimpia oyunlarının iştirakçıısı ola bilər. Karatenin bir çox növü mövcuddur. Bunlardan biri Do, Goju-ryu, Kata, Shotokahan, və s. Karatedə geyinilən geyim “karategi” adlanır. Bu idman növündə ən çox təpik və yumuruq zərbələri işlənir. Karatenin fəlsəfəsi kiminsə üzərində güclü olduğunu isbat etmək yox, ədalət prinsipini insan mənəviyyatını pis hisslərdən təmizləməyi aşlayır.
Mehman Əlirzayev “İctimaixeber.com” informasiya portalını xüsusi müxbirinə öz müsahibəsində bunları bildirdi:

- Yeganə xanım xoş gəlimisiniz! Çox sağ olun ki, daima biz idmançıları işıqlandırırsız. Rəhbri olduğum klubların idmançıları mütamadə olaraq
respublikamızda keçirilən yarışlara və elecədə beynəlxalq yarışlara mütamadə olaraq qatılırıq. Biz ilk idmanla məşqlərə başlayanda karate idman növünə bu qədər diqqət yox idi. Sağ olsun dövlət başçımız, idmançıların dostu cənab İlham Əiyev karate və karateçilərə qayğısını əsirgəmir. Artıq karateçilərimiz inkişaf edir, dünya arenalarında öz sözlərini deyirlər. Azərbaycan cəmi bir neçə ildir ki, WKF-in üzvüdür, lakin bu vaxt ərzində idmançılar çox möhtəşəm uğurlar əldə ediblər, xüsusilə də Avropa və Dünya çempionatlarında. Mən 2015-ci ildə Avropa Oyunlarının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının hakimi olmuşam. İdmançı şagirdlərimdən kifayət qədər beynəlxalq turnirlərində qalibləri, Avropa və dünya çempionatları var. Rəhbəri olduğum klubların bu gün 150 idmançı şagirdi var və karatenin şotakan növü ilə məşğuluq, klubumuzda bir paralimpia idmançısıda var Hacı Niftəliyev. Klublarımızın idmançıları tez-tez yoldaşlıq görüşlərində də iştirak edirik. İdman böyüməkdə olan nəslin təlim-tərbiyyəsində böyük rol oynayır. Idmanla məşqul olan idmançı şagirdlərə demək isdəyirəmki idmanla mükəmməl məşğul olsunlar, ilk növbədə yaxşı oxusunlar çünki yaxşı oxuyan uşağın idmanda da uğuru nəticə verir. Hər zaman valdeynlərinin başlarını uca etsinlər, dünya, Avropa çempionu olsunlar və Azərbaycanın bayrağını dünyanın bütün arenalarında dalğalandırsınlar. Çox gözəl hisslərdi bu hisslər. Qarşıdan gələn “Arpacay Open” yarışına hazırlaşırıq, kated və yeniyetmə idmançılarımız çox güclü məşqlər keçir. Komandamıza bol-bol uğurlar arzulayıram!
Klubun idmançı şagirdi Dadaşov Kamal bizimlə fikirlərini bölüşdü:

- Sumqayıt şəhər N.Gəncəvi adına TTEL-də təhsil alıram. Karate və futbol idman növlərini sevirəm. Karateyə gəlməyimdə öz istəyim olub, məncədə doğru seçim etmişəm. Mehman müəllim olduqca savadlı və işini bilən bir məşqıçıdır. Gələcəkdə istəyirəm ki, böyük idmançılar kimi məndə Azərbaycanı dünyaya tanıdam, bayrağımızı qaldırıb, himnimizi oxutduram.
Klubun idmançı şagirdi Məmmədov Ayxan bizə öz fikirlərini bildirdi:

-Saray qəsəbəsi 3 saylı tam orta məktəbin şagirdiyəm. Idmana gəlməyimiz öz sağlamlığımız üçündür. Həmişə karate idman növüylə çox maraqlanırdım. Rafael Ağayevin, Ayxan Mamayevin, Firdovsi Fərzəliyevin yarışlarına baxdıqça bu idman növünə həvəsim daha da artdı. Mehman müəllim yaxşı məşq keçir ondan tək mən yox hər birimiz razıyıq. İstəyirəm ki Azərbaycan bayrağını bütün ölkələrdə dalğalandıram.
Müəllifdən: Qonağı olduğum ərəfədə idman klubunun karateçi idmançılarından biri Rəşid Akif oğlu Ağayev “SURİ” karate idman klubunun prezidenti IV Dan Qara kəmər ustası Mehman Əlirzayev tərəfindən Beynəlxalq şotakan Karate-do üzrə keçirilən seminar imtahanda bacarıq göstərərək 8-ci kyu AĞ kəmərə layiq görüldü.
Mehman müəllim həmişə yetişdirdiyiniz tələbələrin qələbə soraqları Dünya arenalarından gəlsin. Azərbaycanın 3 rəngli bayrağını uca zirvələrə qaldırsınlar, himnimizi səsləndirsinlər. Bizdə “İctimaixeber.com” informasiya portalı olaraq sizə bu çətin və şərəfli
peşədə uğular arzulayırıq.
Sizlərə sayıtımız vasitəsi ilə “SURİ” karate klubunun idmançılarının məşqlərindən hazırladığımız video carxı təqdim edirik.

Yeganə Telmanqızı
“İctimaixeber.com”

“SURİ” Sumqayıt karate klubunun idmançıları- FOTO/VIDEO
“SURİ” Sumqayıt karate klubunun idmançıları- FOTO/VIDEO
“SURİ” Sumqayıt karate klubunun idmançıları- FOTO/VIDEO
“SURİ” Sumqayıt karate klubunun idmançıları- FOTO/VIDEO
“SURİ” Sumqayıt karate klubunun idmançıları- FOTO/VIDEO
“SURİ” Sumqayıt karate klubunun idmançıları- FOTO/VIDEO
“SURİ” Sumqayıt karate klubunun idmançıları- FOTO/VIDEO
“SURİ” Sumqayıt karate klubunun idmançıları- FOTO/VIDEO
“SURİ” Sumqayıt karate klubunun idmançıları- FOTO/VIDEO
“SURİ” Sumqayıt karate klubunun idmançıları- FOTO/VIDEO
“SURİ” Sumqayıt karate klubunun idmançıları- FOTO/VIDEO
“SURİ” Sumqayıt karate klubunun idmançıları- FOTO/VIDEO
“SURİ” Sumqayıt karate klubunun idmançıları- FOTO/VIDEO
“SURİ” Sumqayıt karate klubunun idmançıları- FOTO/VIDEO
“SURİ” Sumqayıt karate klubunun idmançıları- FOTO/VIDEO
“SURİ” Sumqayıt karate klubunun idmançıları- FOTO/VIDEO
“SURİ” Sumqayıt karate klubunun idmançıları- FOTO/VIDEO
“SURİ” Sumqayıt karate klubunun idmançıları- FOTO/VIDEO