“Suri” idman klubunun idmançısı Arpaçay Open beynəlxalq turnirinin qızıl mükafatçısı oldu.

Zeynəb Əlirzayevanın növbəti uğuru.

“Arpaçay” karate klubunun və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkilatçılığı ilə 19.01.2020-ci il tarixində Bakı İdman Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirində “Suri” karate idman klubunun idmançısı Zeynəb Əlirzayeva qızıl mükafat qazandı.
Zeynəb Mehman qızı Əlirzayeva 2012-cı ildən Mehman Əlirzayevin rəhbərliyi altında məşqlərə başlayıb. 2012-ci ildə Ukraynanın Odessa şəhərində karate WKC üzrə Dünya kubokunun sahibi, 2014-ci ildə Tbilis Open beynəlxalq turnirdə I I yer, dəfələrlə Sumqayıt və Bakı çempionu, 2015-cı ildə Dünya birincisi, 2016-cı ildə Avropa ikincisi, 2017- ci ildə İran islam Respublikasının Kirmanşah şəhərində keçirilən “Open” beynəlxalq turnirinin qalibi, dəfələrlə Baku Open və Arpacay Open turnirlərinin çempionudur. 2020-ci il 19 yanvar Arpacay Open beynəlxalq turnirinin qızıl mükafatçısı oldu. 2017-ci ildə milli karate yığmasının iki nömrəli idmançısı, 2019-cı ildə milli karate yığmasının bir nömrəli idmançısı olub. Hal-hazırda yığma komandanın üzvüdür.

Bizdə “İctimaixeber.com” informasiya portalı olaraq Zeynəb Əlirzayevanı növbəti qızıl medalın sahibi olduğu üçün ürəkdən təbrik edirik. Ona bol-bol qalibiyyətlər arzulayıram.

Yeganə Telmanqızı
“İctimaixeber.com”