Lisenziyasının müddəti dayandırılan, bərpa edilən və məhdudlaşdırılan sığortaçılar açıqlanıb

Lisenziyasının müddəti dayandırılan, bərpa edilən və məhdudlaşdırılan sığortaçılar açıqlanıb"SİNKO QRUP Azərbaycan-Sığorta və Təkrarsığorta üzrə Broker" MMC-yə sığorta brokeri fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi 3 ay müddətinə dayandırılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, palatanın idarə heyətinin qərarı ilə "Societe de Courtage" Sığorta və Təkrarsığorta Brokeri MMC-yə sığorta brokeri fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi bərpa edilib.

Bundan əlavə, "AtaSığorta" ASC və "Atəşgah" Sığorta Şirkəti ASC tərəfindən "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə bağlanmış icbari sığorta müqavilələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa və "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olmayan şərtlərlə bağlanılması ilə əlaqədar cəmiyyətlərə verilmiş icrası məcburi göstəriş-təqdimatlara vaxtında və tam əməl edilmədiyindən "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə "AtaSığorta" və "Atəşgah" Sığorta Şirkəti ASC-lərə sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.