“Rabitəbank” ilk kompensasiyasını ödədi

“Rabitəbank” ilk kompensasiyasını ödədiÖlkə başçısının imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmana əsasən, aprelin 22-dən kompensasiyaların ödənilməsinə başlanılır.

Maliyyə Bazarlarına Nəzarət Palatasının ictimaiyyəti maarifləndirmə məqsədilə gördüyü bütün tədbirlərdə aktiv iştirak edən "Rabitəbank" problemli krediti olan müştərilərə aidiyyəti üzrə kompensasiyanın ödənilməsinə və kreditlərin restrukturizasiyasının tətbiqinə başlayıb.

Fərmana əsasən, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq həmin kreditlərə hesablanmış faizlər silinəcək və məhkəmədə olan işləri geri çağrılacaq.

Qeyd edək ki, problemli krediti olan hər kəs vaxt itkisi yaşamadan, kompensasiyalarını əldə etmələrinə görə bank tərəfindən göndərilən SMS-lərdə yaxınlaşacağı filial və tarix qeyd olunub.

Ölkənin ilk müstəqil banklarından olan "Rabitəbank" 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 “qaynar xətti”nə aid www.133.az saytına daxil olmaq və ya 133 məlumat mərkəzinə zəng etmək kifayətdir.