Mərkəzi Bank ilin sonuna inflyasiyanın səviyyəsinin 4 faiz olacağını gözləyir

Mərkəzi Bank ilin sonuna inflyasiyanın səviyyəsinin 4 faiz olacağını gözləyirCari ilin sonuna ölkədə inflyasiyanın səviyyəsinin 4 faiz olacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov aprelin 26-da keçirdiyi mətbuat konfransında deyib.

E.Rüstəmov qeyd edib ki, martın sonuna illik inflyasiya 2,5 faiz təşkil edib. Bu, Mərkəzi Bankın illik inflyasiya hədəfinə uyğundur.