Mayda AZAL və “Buta Airways”in reysləri 2 gün dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək

Mayda AZAL və “Buta Airways”in reysləri 2 gün dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcəkAZAL və “Buta Airways”in reysləri mayın 29 və 30-u tarixlərində dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu il mayın 29-da Avropa Liqasının finalının keçiriləcəyi müddətdə Heydər Əliyev Beynəlxalq Aeroportunda sıxlıq ilə əlaqədar olaraq, “Azərbaycan Hava Yolları” və “Buta Airways”in reyslərinin cədvəlinə dəyişiklik edilib.