Ölkədaxili istehlakçılara və qonşu ölkələrə 40 milyard kubmetrdən çox “Şahdəniz” qazı tədarük edilib

Ölkədaxili istehlakçılara və qonşu ölkələrə 40 milyard kubmetrdən çox “Şahdəniz” qazı tədarük edilibBu vaxtadək Cənubi Qafqaz Boru Kəməri (CQBK) vasitəsilə ölkədaxili istehlakçılara, həmçinin Gürcüstan və Türkiyəyə 40 milyard kubmetrdən çox “Şahdəniz” qazı tədarük olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

“Azərbaycan region ölkələrinin, xüsusilə Gürcüstan və Türkiyənin enerji təhlükəsizliyi sisteminin ayrılmaz tərkib hissəsinə çevrilib. “Şahdəniz” layihəsinin ilk mərhələsində hasil olunan qazın Gürcüstan və Türkiyəyə nəql edilməsi məqsədilə Cənubi Qafqaz Boru Kəməri qurulub, 2-ci faza çərçivəsində genişləndirilib. Ümumi uzunluğu 997 kilometr, ötürmə qabiliyyəti ildə 20 milyard kubmetr təşkil edən bu kəmər vasitəsilə indiyə qədər ölkədaxili istehlakçılara, həmçinin Gürcüstan və Türkiyəyə 40 milyard kubmetrdən çox “Şahdəniz” qazı tədarük edilib”, - deyə o bildirib.

Qeyd edək ki, “Şahdəniz” yatağı 1999-cu ildə kəşf, 2006-cı ildə isə istismar edilib. Dəniz akvatoriyalarında ən böyük qaz-kondensat yataqlarından olan “Şahdəniz”in ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan çox kondensat həcmində qiymətləndirilir.