KOB könüllüləri İqtisadiyyat Nazirliyinin müsabiqəsində yer tutublar

KOB könüllüləri İqtisadiyyat Nazirliyinin müsabiqəsində yer tutublarÜmummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı İqtisadiyyat Nazirliyinin orta ixtisas, bakalavr və magistratura pilləsində təhsil alan şəxslər arasında keçirdiyi elmi məqalə müsabiqəsinin nəticələri açıqlanıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən AZƏRTAC-a bildirilib ki, "KOB könüllüsü", Bakı Mühəndislik Universitetinin magistri Lamiyə Çobanzadə müsabiqədə 2-ci yerə, Qəbələ "KOB Dostu" ilə birgə fəaliyyət göstərən könüllü, Dövlət Aqrar Universitetinin tələbəsi Rəfayət Bayramova həvəsləndirici yerə layiq görülüb.