İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun əməkdaşı Kiyevdəki konfransda ölkəmizi təmsil edəcək

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun əməkdaşı Kiyevdəki konfransda ölkəmizi təmsil edəcəkSentyabrın 9-10-da Kiyevdə "İnformasiya cəmiyyətinin qurulması: ehtiyatlar və texnologiyalar" mövzusunda XVIIII beynəlxalq elmi-praktik konfrans təşkil olunacaq. Konfransda ölkəmizi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor müavini Arzu Hüseynova təmsil edəcək.

AZƏRTAC İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutuna istinadla xəbər verir ki, konfransda rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində cəmiyyətin formalaşması və müasir meyillər, texnoloji təhlükəsizlik, rəqəmsal məlumatların qorunması, süni əqli texnologiyalar, elektron arxiv və köşklər, böyükhəcmli məlumatlar, yeni iş və ünsiyyət formaları, analitik təhlil və marketinq tədqiqatlarında sosial şəbəkələrin rolu kimi mövzuların müzakirəsi nəzərdə tutulur.

Konfrans İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun, Ukrayna Təhsil və Elm Nazirliyi, "Ukrayna Elmi-Texniki Ekspertiza və İnformasiya İnstitutu" Dövlət Elm Qurumu, "Ukrayna Milli Elmlər Akademiyasının İqtisadiyyat və Proqnozlaşdırma İnstitutu" Dövlət Qurumunun təşkilatçılığı ilə keçiriləcək.