Nazir müavini: Azərbaycanda "Kibertəhlükəsizlik strategiyası"nın hazırlanması son mərhələdədir

Nazir müavini: Azərbaycanda "Kibertəhlükəsizlik strategiyası"nın hazırlanması son mərhələdədirAzərbaycanda "Kibertəhlükəsizlik strategiyası"nın hazırlanması son mərhələdədir. Güman edirəm ki, tezliklə işlər yekunlaşacaq və strategiya qəbul olunacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri “EU4Digital" layihəsinin təqdimatında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, yeni strategiya qarşıdakı 5 ili əhatə edəcək: "Hazırda Azərbaycanda fərdi məlumatların qorunması ilə bağlı müvafiq qanunvericilik var. Lakin bunun "Avropa Direktivi"nə uyğunlaşdırılmasına ehtiyac duyulur və hazırda uyğunlaşdırma həyata keçirilir".

Nazir müavini əlavə edib ki, Avropa İttifaqı (Aİ) ölkələrində Azərbaycan elektron imzasının tanınması üçün danışıqlar aparılır:

"Hazırda Belarusla elektron imzaların qarşılıqlı tanınması üzrə iş görülür. İstərdik ki, digər "Şərq tərəfdaşlığı" ölkələri və Aİ-yə üzv başqa dövlətlərlə də bu prosesi həyata keçirək".