İqtisadiyyat naziri: Hazırda Azərbaycan 190 ölkə ilə ticarət əməliyyatları aparır

İqtisadiyyat naziri: Hazırda Azərbaycan 190 ölkə ilə ticarət əməliyyatları aparırHazırda Azərbaycan 190 ölkə ilə ticarət əməliyyatları aparır.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

"Ölkədə fəaliyyət göstərən sənaye məhəllələrində qeydiyyatdan keçmiş iştirakçıların sayı 36 olmaqla, ümumilikdə 140 milyon manata yaxın investisiya yatırılması, 2 minədək iş yerinin yaradılması nəzərdə tutulur. Bu müəssisələrin 21-i artıq istehsal fəaliyyətinə başlayıb. Bu il daha 15 müəssisə istifadəyə veriləcək", - deyə nazir bildirib.

Nazir, həmçinin ötən il 1 milyona yaxın iş yerinin yaradıldığını, sənaye məhəllələri tərəfindən 3,3 milyard manat investisiya yatırıldığını deyib.