Bu yollarda rənglənmə işləri aparılır

Bu yollarda rənglənmə işləri aparılırAvtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə bu axşam 21:00-dan Binəqədi-Mehdiabad, Mehdiabad-Digah-Məhəmmədi, Məhəmmədi-Zabrat, Zabrat-Maştağa-Buzovna avtomobil yollarında üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.