Qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ enerji mənbələri ilə təminatı araşdırılır

Qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ enerji mənbələri ilə təminatı araşdırılırEnergetika Nazirliyi qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ enerji mənbələri ilə təminatını araşdırır.

AZƏRTAC xəbər verir ki, nazirlik texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ enerji mənbələri ilə təminatı məsələsinin araşdırılması, müvafiq təkliflərin hazırlanmasına dair iş və xidmətlərin satın alınmasına dair tender keçirir.