Birinci rübdə “Azərişıq” ASC-yə 70 min 500 müraciət daxil olub

Birinci rübdə “Azərişıq” ASC-yə 70 min 500 müraciət daxil olubCari ilin birinci rübündə "Azərişıq" ASC-yə obyektini elektrik şəbəkəsinə qoşdurmaq üçün 2 min 500-dək sahibkar müraciət edib.

ASC-dən AZƏRTAC-a bildirilib ki, onlardan 1200-ü "ASAN xidmət" və "ASAN Kommunal" vasitəsilə, 1300 sahibkar isə müraciətini elektron qaydada ünvanlayıb. Ötən ilin birinci rübü ilə müqayisədə sahibkarların müraciətinin sayı 3 dəfəyədək artıb.

Bundan başqa, hesabat dövründə 9 min 400 vətəndaş evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün "Azərişıq" ASC-yə müraciət edib. Sənədlərdə uyğunsuzluq və bu kimi hallar istisna olmaqla sahibkarların və vətəndaşların müraciətləri yerinə yetirilib.

Ümumilikdə rüb ərzində "Azərişıq" ASC-yə 15 xidmət üzrə 70 min 500 müraciət daxil olub.