“Agenzia Nova”: Azərbaycan əhalisinin 90 faizindən çoxu Prezident İlham Əliyevin gördüyü işləri dəstəkləyir

“Agenzia Nova”: Azərbaycan əhalisinin 90 faizindən çoxu Prezident İlham Əliyevin gördüyü işləri dəstəkləyirİtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında Fransanın “Opinion Way” tədqiqat institutunun Azərbaycanda keçirdiyi rəy sorğusu haqqında məlumat yayılıb.

AZƏRTAC xəbər verir ki, məlumatda tədqiqat institutunun Azərbaycandakı prezident seçkilərindən bir il sonra ölkədə keçirdiyi sorğu nəticəsində əhalinin 90,5 faizinin Prezident İlham Əliyevin rəhbərliyi ilə istər ölkənin daxili siyasətində, istərsə də xarici siyasətində görülən işlərin dəstəkləməsinin müəyyən olunduğu qeyd edilir.