Prezident İlham Əliyev Mahmud Məmməd-Quliyevi “Vətənə xidmətə görə” ordeni ilə təltif edib

Prezident İlham Əliyev Mahmud Məmməd-Quliyevi “Vətənə xidmətə görə” ordeni ilə təltif edib
Prezident İlham Əliyev Mahmud Məmməd-Quliyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

AZƏRTAC bildirir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Mahmud Əhməd oğlu Məmməd-Quliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilir.