Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundu Rusiyada keçirilə bilər

Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundu Rusiyada keçirilə bilər

Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundu Rusiyada keçirilə bilər.

Ictimaixeber.com xəbər verir ki, bu barədə Rusiya XİN-nin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinqdə deyib.

"Azərbaycanla Ermənistan arasında sülh sazişinin hazırlanması istiqamətində bu ölkələrin çalışmalarına mümkün hər bir köməkliyin göstərilməsi üzrə səylərimiz azalmır. Tərəfdaşlar ikitərəfli danışıqların növbəti raundunun ərazimizdə keçirilməsi ilə bağlı təkliflərimizi qəbul ediblər. Yekun razılaşmadan sonra konkret tədbirlərin tarixlərini açıqlayacağıq", - o deyib.