"Azərbaycanın su təhlükəsizliyi: görülmüş işlər, mövcud vəziyyət və perspektivlər" mövzusunda dəyirmi masa keçirilib

"Azərbaycanın su təhlükəsizliyi: görülmüş işlər, mövcud vəziyyət və perspektivlər" mövzusunda dəyirmi masa keçirilibMayın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda "Azərbaycanın su təhlükəsizliyi: görülmüş işlər, mövcud vəziyyət və perspektivlər" mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir “Azərsu” ASC-nin və Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Tədbirdə çıxış edən İnstitutun direktoru, akademik Ramiz Məmmədov ölkəmizdə əhalinin içməli su ilə təminatı istiqamətində görülən işlərdən və bu sahədəki problemlərdən danışıb.

“Azərsu” ASC-nin şöbə müdiri Elkin Rüstəmov yeni içməli su mənbələrinin yaradılması istiqamətində görüləcək işlərdən bəhs edib.