Fövqəladə Hallar nazirinin Şəki şəhərində keçirilməsi nəzərdə tutulan qəbulunun vaxtı dəyişib

Fövqəladə Hallar nazirinin Şəki şəhərində keçirilməsi nəzərdə tutulan qəbulunun vaxtı dəyişibFövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən iyunun 27 -də Şəki şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qəbul barədə əlavə məlumat veriləcək.

İyunun 27 -də nazirin birinci müavini Rəfail Mirzəyev Balakən şəhərində, nazir müavini Etibar Mirzəyev isə Zaqatala şəhərində vətəndaşları qəbul edəcək.