Sumqayıtda poliklinikada faciə: xəstə həkim qəbulunda dünyasını dəyişdi

Sumqayıtda poliklinikada faciə: xəstə həkim qəbulunda dünyasını dəyişdi
Sumqayıtda dərman almağa gələn xəstə elə oradaca ölüb.
Xeberle.com-un məlumatına görə, Sumqayıt şəhər 3 saylı poliklinikada pasient həkimin qəbulunda olan zaman halı pisləşib. Ona təcili yardım göstərilməyə cəhd edilib, ancaq nəticəsiz olub.
Poliklinikaya gələn təcili tibbi yardımın həkimləri xəstəni özünə gətirə bilməyiblər. İlkin məlumata görə, Ələkbərov Zülfüqar Aydın öğlu poliklinikaya şəkər dərmanlarını almaq üçün gəlibmiş. 53 yaşlı kişinin həkimin qəbulunda olan zaman ürəktutmasından dünyasını dəyişdiyi bildirilir.