Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vətəndaşları qəbul edib

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vətəndaşları qəbul edibQəbul qaydalarına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev vətəndaşların qəbulunu davam etdirir.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qəbulda müraciətlər əsasən işlə təminedilmə və “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı olub. Həmçinin ölkənin müxtəlif şəhər və rayonlarından olan vətəndaşların ideya və təklifləri dinlənilib.

Müvafiq müraciətlər cavablandırılıb, həll edilməsi araşdırma tələb edən məsələlər olduqda yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.