Azərbaycanlı müğənni avtomobil qəzası keçirib

Azərbaycanlı müğənni avtomobil qəzası keçiribMüğənni Nicat Rəhimov avtomobil qəzası keçirib.
Ictimaixeber.com-ın məlumatına görə, sənətçinin maşını yan tərəfdən bərk əzilib. Günah isə qarşı tərəfdə olub.

Nicat özü ciddi xəsarət almayıb.

Qeyd edək ki, N.Rəhimov tamaşaçılara "Yeni ulduz" yarışmasından və "Şeron" qrupundan tanışdır. Hazırda isə sənətçi solo fəaliyyət göstərir.