Kolleclərə qəbul olmaq istəyənlərin nəzərinə

Sabahdan tam (11 illik) orta təhsil bazasında kolleclərə sənəd qəbulu başlayır.

İctimaixeber.com Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, sənəd qəbulu onlayn şəkildə mayın 12-dən iyunun 5-dək aparılacaq.

Ümumi (9-cu sinif) orta təhsil bazasında kolleclərə qəbul isə yalnız buraxılış imtahanlarının II mərhələsinin nəticəsi əsasında aparılacaq.

Bu il 19 mindən artıq abituriyent kolleclərə qəbul olmaq üçün ərizəsini təsdiq edib, onlardan martın 1-də keçirilmiş buraxılış imtahanında (I mərhələ) iştirak edən 4000 abituriyent müsabiqəyə qatılmaq üçün mütləq buraxılış imtahanının II mərhələsində iştirak etməlidirlər.