Boksçu Elnur Səmədov erməni rəqibini məğlub etdi - VİDEO

Boksçu Elnur Səmədov erməni rəqibini məğlub etdi - VİDEOAzərbaycan əsilli rusiyalı boksçu Elnur Səmədov Moskvada WBA Continental titulu uğrunda döyüşdə erməni Ayk Şahnazaryanı məğlub edib.

Allboxing.ru saytının məlumatına görə, döyüş doqquz raunddan ibarət olub. Sonuncu raundda Şahnazaryan zədə üzündən döyüşü davam etdirə bilmədiyini bildirib. Hakimlərin qərarı ilə rəqibindən üstün olan E. Səmədov WBA Continental tituluna layiq görülüb.

WBA Continental titulu uğrunda yarış Rusiyada Floyd Meyveyzer Boks Akademiyasında keçirilib.