"Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı uğrunda" siyasi partiyası (GERB) Demokra tik qüvvələrin İttifaqı ilə koalisiyada Bolqarıstanda keçirilmiş növbəti parlament seçkilərində qalib olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə seçkilərdə keçirilmiş “exit poll”da məlum olub.
Sorğunun məlumatına görə, GERB-ə təxminən 25,7 % seçici səs verib. Bolqarıstanın Sosialist Partiyası isə təxminən 17,6 % seçici səsi toplayıb.
Bolqarıstanın 45-ci Xalq Məclsində (parlament) həmçinin "Belə bir xalq var" Partiyası, “Hüquq və Azadlıqlar uğrunda Hərəkat”, "Demokratik Bolqarıstan", "Yüksəl. Mafiya rədd ol" vətəndaş platforması və VMRO Partiyasının nümayəndələri də çalışacaqlar.[center][medium]http://ictimaixeber.info/uploads/posts/2021-04/1617560756_96a83ada-884e-31ec-86f0-3b95cf93058a_850.jpg[
“Exit poll”: Bolqarıstanda parlament seçkilərində hakim partiya qalib gəlir .
sosial sebeke

















