Xocalı, Xankəndi və Əsgəranda AzQac-ın ofisləri fəaliyyət göstərəcək

Xocalı, Xankəndi və Əsgəranda AzQac-ın ofisləri fəaliyyət göstərəcək

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin(AzQAC) ofislərinin fəaliyyət göstərəcəyi ərazilər açıqlanıb.

Ictimaixeber.com Trende istinadən xəbər verir ki, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, işğaldan azad edilən ərazilərdə mövcud infrastruktur dəyərləndirildikdən sonra AzQAC-ın ofisləri Xocalı, Xankəndi, Əsgəranda fəaliyyət göstərəcək.

“Məsələnin dərin müzakirəsi yəqin ki, gələn il olacaq”,- deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin növbədənkənar XXVI Baş Məclisi keçirilir. Tədbirdə 400 nəfərə yaxın qonaq iştirak edir.

İclasın sonunda yekun bəyanat qəbul edilməsi gözlənilir.

Məqalədə:
Azərbaycan Qızıl Aypara Cəmiyyəti