Başına 300 min pul qoyulan terrorçu qadın ÖLDÜRÜLDÜ

Başına 300 min pul qoyulan terrorçu qadın ÖLDÜRÜLDÜTürkiyənin Mardin vilayətində keçirilən antiterror əməliyyatı nəticəsində axtarışda olan terrorçu zərərsizləşdirilib.

Ictimaixeber.com xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, məhv edilən iki qadın terrorçudan biri “Agirin” ləqəbli Hanım Çelikdir.

Qeyd edək ki, Türkiyə tərəfi onun ələ keçirilməsi üçün 300 min lirə pul mükafatı ayırmışdı.