Sumqayıt əhalisinin sayı AÇIQLANDI

Sumqayıt əhalisinin sayı AÇIQLANDI
Sumqayıtda yaşayan əhalinin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsinin Sumqayıt şəhər şöbəsindən verilən məlumata görə, 2019 - ci ilin yanvar ayının 1-nə olan məlumata görə, Sumqayıt şəhər ərazisinin əhalisi 343,4 min nəfər olub.

Bu göstəricilərə əsasən Sumqayıt şəhərində 306,7 min nəfər, H.Zeynalabdin qəsəbəsində 23,2 min nəfər, Corat qəsəbəsində isə 13,5 min nəfər əhali yaşayır. Bu rəqəm ötən illə müqayisədə 2500 nəfər və ya 0,7 faiz artıb. Əhalinin ümumi sayının 169,2 min nəfərini və ya 49,3 faizini kişilər, 174,2 min nəfərini və ya 50,7 faizini qadınlar təşkil edir.

Qeyd edək ki, bundan başqa şəhər ərazisində 52,9 min nəfərdən çox qaçqın və məcburi köçkün məskunlaşıb.