Xaricdə döyüşən 6 azərbaycanlı saxlanılıb

Xaricdə döyüşən 6 azərbaycanlı saxlanılıb
Keçən il beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində keçirilmiş tədbirlər nəticəsində xaricdə münaqişə zonalarında döyüşən 6 nəfər Azərbaycan vətəndaşı saxlanılıb.

ONA-nin məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə qeyd edilib ki, qanunsuz miqrasiya ilə məşğul olan 9 qrup zərərsizləşdirilib.

Dövlət sərhədinin pozulmasına görə 609 nəfər, rejim qaydalarının pozulmasına görə isə 13 min 458 nəfər saxlanılıb.