Gəncə sərnişindaşımada xaos- ŞİKAYƏT

Gəncə sərnişindaşımada xaos- ŞİKAYƏT
Azərbaycan Prezidenti İlham Əliyev Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalamasından xeyli vaxt keçməsinə baxmayaraq, bu pilot lahiyə Gəncədə özünü doğrultmadı.

Gəncə şəhərinin inzibati ərazisində sərnişindaşınmasının inkişaf etdirilməsi, sərnişin daşıyan avtomobil nəqliyyatı subyektləri tərəfindən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili və bu sahədə dövlət sifarişinin formalaşdırılması, avtomobil nəqliyyatı ilə sərnişindaşımanın vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməsi Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilirmi? Bu və ya digər fərmandan irəli gələn məsələlər niyə bu günə kimi həll edilməyib?

Gununsesi.org-a Gəncədən göndərilən materialda bu barədə bildirilir.

Məktubda deyilir:” Biz hər gün sərnişindaşıma xidmətindən istifadə edərək müdhiş dolu qəzaların eləcə də “aftoşluq” edən sürücülərin məsuliyyətsizliyi ilə qarşılaşırıq. Son günlər avtobus sürücüləri ağızlarında siqaret, telefon danışıqları üzlərində saqqal biz böyüklər qalsın bir yana, azyaşlı məktəbliləri qorxuya salmaya bilməz.Gəncə sərnişindaşımada avtobus sürücüləri xəttə çıxarkən elə bil döyüş poliqonuna düşmənin üzərinə gedirlər.Xəttə buraxılmış olan sürücülər biri-birinin bəhsinə girərək, heç bir intervala riayət etmədən bir-birini ötməyə cəhd edirlər.

Gəncə sakinlərindən son günlər şəhərin mərkəzində çəkilmiş olan bir video materiala baxsanız yazılanların doğru olub olmamsını görəcəksiniz.

Bu şəhərdə sürücülərin bu cür məsuliyyətsizliyinə, özbaşınalığına nə zaman son qoyulacağını aidiyyatı qurumların göz yumması sual doğurmaya bilməz.

Ümid edirik ki, Gəncə şəhər İcra Hakimiyyəti yanında yaradılan Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin məsul şəxsləri bu fakta baxdıqdan sonra problemlərin aradan qaldıracaqlar.

gununsesi.org