Qaz balonu partlayıb, yaralananlar var

Qaz balonu partlayıb, yaralananlar varİspaniyanın paytaxtı Madrid şəhərinin Puente de Vallecas bölgəsində 13 mərtəbəli binada qaz balonunun partlaması nəticəsində 16 nəfər xəsarət alıb.

Ictimaixeber.com ABC-yə istinadən xəbər verir ki, xəsarət alanlardan vəziyyəti daha ağır olan iki nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində binanın yuxarı mərtəbəsinə ciddi ziyan dəyib. Binanın və ətraf tikililərdən sakinlər təxliyyə olunub. Hadisə yerinə yanğınsöndürənlər, tibb xidməti və polis cəlb olunub.