Xeberle.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu bazarı digərlərindən fərqləndirən cəhət odur ki, burada yalnız qadınlar ticarətlə məşğul olur.
Altı il bundan öncə fəaliyyətə başlayan bazar yalnız zərif cinsin nümayəndələrinin alver etdiyi məkana çevrilib.
Qadın ticarətçilərdən biri deyir ki, onların bu addımı heç də birmənalı qarşılanmayıb: "Bizə deyirdilər ki, siz bunu bacarmayacaqsınız. Amma biz bu işin öhdəsindən gəldik. Bazarda alver etmək əsasən kişi işidir. Məhsul dolu arabanı hərəkətə gətirmək üçün güc lazımdır. Biz bu gücü özümüz də tapdıq".
Bazarlarda qadın ticarətçilərə hər zaman rast gəlsək də, bütün bazarın onlardan təşkil olunduğunu nadir hallarda müşahidə etmək olar.
Maraqlısı da ondadır ki, bu bazarda heç kəs öz məhsulunu qışqıraraq satmır. Bazar sakit olması ilə də diqqət çəkir.


















