Şəmkirdə mikroavtobusun aşması nəticəsində ölən və xəsarət alanlar var

Şəmkirdə mikroavtobusun aşması nəticəsində ölən və xəsarət alanlar varŞəmkir rayonunun Qaracəmilli kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, ilkin məlumata görə, “Mercedes” markalı mikroavtobus “VAZ-2107” markalı minik avtomobili ilə toqquşduqdan sonra aşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.