Yasamal Yaşayış Kompleksinin sakinləri iməcilik keçiriblər

Yasamal Yaşayış Kompleksinin sakinləri iməcilik keçiriblərAzərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin sakinləri tərəfindən iməcilik keçirilib.

MİDA-nın ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, sakinlər kompleksin ərazisində abadlıq və təmizlik işləri aparıb, yeni ağaclar əkib, yaşıllıqlara qulluq göstəriblər.