Gürcüstanın informasiya portalları Bakı-Tbilisi Ultra Marafonundan yazıb

Gürcüstanın informasiya portalları Bakı-Tbilisi Ultra Marafonundan yazıbGürcüstanın gürcü, ingilis və rus dillərində yayımlanan geotimes.ge və gaxa.ge portalları ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar keçirilən Bakı-Tbilisi Ultra Marafonu barədə AZƏRTAC-ın xüsusi müxbirinin materiallarını yayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə dərc olunan materiallarda Ultra Marafonun məqsədi, Azərbaycan-Gürcüstan sərhədində marafonçunun qarşılanması barədə məlumat verilib.

Materialların tam mətni ilə http://m.geotimes.ge/news.php?news_id=66003&lang=geo https://gaxa.ge/n/2111 linklərindən tanış olmaq mümkündür.