Meşədə narkotik əkib-becərən şəxslər saxlanılıb

Meşədə narkotik əkib-becərən şəxslər saxlanılıbİsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ağbulaq kəndindəki meşəlik ərazidə aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 327 ədəd çətənə bitkisi aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, davam etdirilən tədbirlər zamanı orada narkotik tərkibli bitkiləri əkib-becərən şəxslərin İsmayıllı şəhər sakinləri Rauf Süleymanlı və Süleyman Mahmudlu olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

R.Süleymanlının üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd sellofan bükümdə ümumi çəkisi 12 qrama yaxın qurudulmuş marixuana da aşkar olunaraq götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.