Nəsimi rayonunda çay evində yanğın baş verib

Nəsimi rayonunda çay evində yanğın baş veribNəsimi rayonunda dördmərtəbəli binanın dördüncü mərtəbəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə ümumi sahəsi 100 kvadratmetr olan çay evində qeydə alınıb. Nəticədə çay evi və içərisindəki əşyalar 80 kvadratmetr sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.