Hacıqabul sakinindən narkotik maddə götürülüb

Hacıqabul sakinindən narkotik maddə götürülübDaxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində qətiyyətli tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildiriblər ki, daxil olmuş məlumat əsasında Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Axtaçı-Şirvan kənd sakini Yunis Qəfərov saxlanılıb.

Rayon polis şöbəsinin əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilmiş 37 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.