Keçmiş məhkumdan 19 kiloqramdan çox marixuana götürülüb

Keçmiş məhkumdan 19 kiloqramdan çox marixuana götürülübBalakən Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Şəki şəhər sakini, əvvəllər məhkum edilən 51 yaşlı Zakir Baxışov qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün saxlanılaraq polis şöbəsinə gətirilib. Onun əlindəki çantaya baxış keçirilən zaman 19 kiloqram 140 qram qurudulmamış marixuana aşkarlanıb. Dindirilmə zamanı Z.Baxışov həmin narkotik vasitəni Qax rayonu Qaşqaçay kəndi ərazisində çətənə bitkilərinin üzərindən yığaraq əldə etdiyini və satmaq məqsədilə Balakən rayonuna gətirdiyini bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.