FHN: Zaqatalada köməksiz vəziyyətdə qalan dörd nəfər xilas edilib

FHN: Zaqatalada köməksiz vəziyyətdə qalan dörd nəfər xilas edilibFövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Zaqatala rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsi intensiv yağan yağışlar səbəbindən su ilə dolub. Nəticədə ikisi azyaşlı olmaqla 4 nəfər evdə köməksiz vəziyyətdə qalıb.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşları təhlükəsiz əraziyə təxliyə ediblər.