Tibb Universitetində keçirilən aksiyada 50-yə yaxın xəstə müayinə olunub

Tibb Universitetində keçirilən aksiyada 50-yə yaxın xəstə müayinə olunubAzərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 25 may - Dünya Qalxanabənzər Vəzi Günü münasibətilə ödənişsiz müayinə aksiyası keçirilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qalxanabənzər vəzi xəstələrinin müayinəsi klinikanın cərrah-endokrinoloqu Azər Hümmətov tərəfindən aparılıb.

Cərrah-endokrinoloqun sözlərinə görə, aksiyada 50-yə yaxın xəstə müayinə olunub. Müraciət edənlərin 25-nin qalxanvari vəzində düyünlər, 14-də Haşimoto tireoiditi aşkarlanıb. Bəzi xəstələrə qalxanvari vəzin hormonal müayinəsi üçün müvafiq təyinatlar verilib.

Müayinə aksiyasında gənc endokrinoloqlar da iştirak ediblər.