Baş prokurorun birinci müavini Daşkəsən və Kəlbəcər rayonlarının sakinlərinin qəbulunu keçirəcək

Baş prokurorun birinci müavini Daşkəsən və Kəlbəcər rayonlarının sakinlərinin qəbulunu keçirəcəkAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, baş prokurorun birinci müavini Rüstəm Usubov iyunun 7-də saat 10:00-da Daşkəsən Rayon Prokurorluğunun inzibati binasında Daşkəsən və Kəlbəcər rayonlarının sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Daşkəsən rayonuna gəlmələri müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.