Yevlaxda kultivasiya yolu ilə narkotik becərən şəxs saxlanılarkən polisə bıçaqla müqavimət göstərib

Yevlaxda kultivasiya yolu ilə narkotik becərən şəxs saxlanılarkən polisə bıçaqla müqavimət göstəribYevlax Rayon Polis Şöbəsinə Bəydili kəndi ərazisində kultivasiya yolu ilə çətənə kollarının yetişdirilməsi barədə əməliyyat məlumatı daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 30-da həmin ərazi polis əməkdaşları tərəfindən müşahidəyə götürülüb. Həmin gün gecə saat 1 radələrində çətənə kollarına qulluq göstərmək üçün qeyd edilən əraziyə gəlmiş Əcəmi kənd sakini Cəmil Qurbanov saxlanılarkən polis əməkdaşlarına bıçaqla müqavimət göstərib.

Lakin polis əməkdaşlarının adekvat tədbirləri nəticəsində o, zərərsizləşdirilərək tutulub.

Ərazidən C.Qurbanov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 92 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Araşdırma aparılır.