Azərbaycan məscidlərində bayram namazı qılınıb

Azərbaycan məscidlərində bayram namazı qılınıbMüqəddəs Ramazan bayramı ilə əlaqədar bu gün səhər Azərbaycanda fəaliyyət göstərən məscidlərdə bayram namazı qılınıb.

AZƏRTAC xəbər verir ki, bayram namazında dualar edilib, Ulu Tanrıdan mərhəmət, əmin-amanlıq və ruzi bərəkət dilənilib.

Təzəpir məscidində qılınan namazda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də iştirak edib.

Şeyxülislam bütün müsəlmanları, o cümlədən Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib.