Gəncədə “Gələcək üçün” ümumrespublika marafonu keçirilib

sosial sebeke

Gəncədə “Gələcək üçün” ümumrespublika marafonu keçirilibGənclər üçün Təhsil Mərkəzinin (GTM) reallaşdırdığı “Gələcək üçün” ümumrespublika marafonu çərçivəsində növbəti görüş Gəncədə Aqrar İnkişaf Könüllüləri İctimai Birliyinin üzvləri ilə keçirilib.

GTM-dən AZƏRTAC-a bildiriblər ki, marafonun məqsədi ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlara ictimai dəstək vermək, vətəndaş öhdəliyi və prinsiplərinin təbliğ olunmasıdır.

Mərkəzin direktoru Fəxrəddin Həsənzadə bildirib ki, marafonun məqsədi ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlara ictimai dəstək vermək, vətəndaş öhdəliyi və prinsiplərini gənclər arasında təbliğ etməkdir.

Marafonun təlimçisi, “İnsan mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov təlim modulunda şəxsi inkişaf üçün insan mühəndisliyi, karyera istiqamətində təcrübə və uğurun yaratdığı nümunələr, insan kapitalı, sosial və ictimai məsuliyyət məsələləri ilə bağlı iştirakçılara ətraflı məlumat verib.

Respublikanın bütün ali təhsil müəssisələrini əhatə edən marafon çərçivəsində reallaşdırılan təlimlərdə müxtəlif ictimai və sosial mövzular müzakirə olunur.

SON XƏBƏRLƏR