Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində növbəti maarifləndirmə tədbiri keçirilib

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində növbəti maarifləndirmə tədbiri keçirilib2016-cı ildən etibarən Müdafiə Nazirliyinin dəstəyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hərbi hissələrdə, hərbi təhsil müəssisələrində dövlət ailə siyasətinin həyata keçirilməsi məqsədilə Azərbaycan ailəsinə xas milli-mənəvi dəyərlərin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində ekspertlərin iştirakı ilə əsgərlər, zabitlər, hərbçilər və kursantlar üçün maarifləndirmə tədbirləri həyata keçirilir.

Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində növbəti tədbir Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində keçirilib.

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəb rəisinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini polkovnik Emin Səfərov əsgər və zabitlərin hər zaman vətənpərvərlik ruhunda görüşlərə ehtiyacı olduğunu vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxışında bildirib ki, Müdafiə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində hərbi hissələrdə mütəmadi görüşlər keçirilir, müzakirələr aparılır: “Hər bir görüş bizdə qürur hissi doğurur. Çünki Azərbaycan Ordusu gündən-günə güclənir, müasirləşir. Maddi texniki təchizatın təkmilləşdirilməsi, bu istiqamətdə aparılan işlər, daxili nizam-intizam Ordumuzu dünyanın ən güclü orduları sırasına çıxarır.

Sədr müavini qeyd edib ki, uşaq və gənclərdə milli, vətənpərvərlik ruhunun formalaşması üçün ən önəmli mənbə ailədir. A.Sofiyeva dövlətin uğurlu ailə siyasəti haqqında məlumat verərək, xüsusilə Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həssas ailələrə olan xüsusi diqqət və qayğısını qeyd edib. Bildirib ki, qarşımızda duran əsas məqsəd tarixboyu formalaşan, qoruyub saxladığımız ailə dəyərlərini gələcək nəslə ötürməkd ir.

AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, AMEA Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə çıxışında respublikamızın bütün dünyada sərbəst şəkildə öz sözünü deyən və hörmət edilən dövlətlərdən olduğunu, bu uğurun Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən düzgün siyasət nəticəsində qazanıldığını qeyd edib. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ordu quruculuğu sahəsində fəaliyyətə güclü təkan verilib, döyüş qabiliyyətli silahlı qüvvələrin yaradılması üçün zəruri şərait formalaşdırılıb. Hazırda Azərbaycan Ordusu bölgənin ən qüdrətli ordusu kimi, işğal altındakı torpaqları istənilən vaxt düşməndən azad və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə qadirdir.

Çıxışlardan sonra əsgər və zabitlərlə müzakirələr aparılıb, onların fikirləri dinlənilib.